Ermənistanın xaricdəki diplomatik xidmətinin rəhbər heyətinin Gümrüdə keçirilən seminarı Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ilə keçirilən genişmiqyaslı müzakirələrlə davam edib.


Moderator.az  yerli KİV-ə istinadla xəbər verir ki, görüş zamanı Ermənistanın regional təcriddən çıxarılması, regionda nəqliyyat kommunikasiyalarının açılması, eləcə də "TRIPP" ("Tramp marşrutu") layihəsinin reallaşdırılması istiqamətində 8 avqust 2025-ci il tarixindən etibarən atılan praktiki addımlar və görülən işlər ətraflı şəkildə nəzərdən keçirilib.






Eyni zamanda, Ermənistanın xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi imkanları, bu sahədə müxtəlif istiqamətlər üzrə indiyə qədər qeydə alınmış mövcud dinamika və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan Ermənistan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərini maraqlandıran çoxsaylı sualları cavablandırıblar.


S.Laçın