Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
 




Moderator.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
 
Turun ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Qəbələnin eyniadlı komandası "Şamaxı"nı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
 
Günün son oyunu isə Sumqayıtda "Socar Polymer Arena"da keçiriləcək. Bu matçda "Şəfa" "İmişli" ilə üz-üzə gələcək. Matç saat 20:15-də start götürəcək.
 
Qəbələdə keçiriləcək matçı Nicat İsmayıllı, Sumqayıtda baş tutacaq görüşü isə Tural Qurbanov idarə edəcək.

 
29 avqust
 
Misli Premyer Liqası
 
III tur
 
18:00. "Qəbələ" - "Şamaxı";
 
20:15. "Şəfa" - "İmişli".