Türkiyədə İstanbul Hava Limanının işçilərini daşıyan xidməti avtobusu aşıb.
 




Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, Böyükçəkməcə rayonunda baş verən hadisə nəticəsində 15 nəfər yaralanıb.
 
Qeyd olunub ki, aşan avtobusda 30 sərnişin olub.
 
Qəza nəticəsində xəsarət alan 15 nəfər dövlət xəstəxanalarına yerləşdirilib. Yaralıların ümumi vəziyyətinin yaxşı olduğu, onlardan 2-nin müalicə və müşahidəsinin davam etdiyi bildirilib.