“Bakıda ömrünü bazarda qəpik-quruş qazanaraq oğluna xərcləyən qoca ana sonda elə oğlunun da əlindən öldü — həyatın ən acı alveri də budur: ana ömrünü verdi, oğul isə qarşılığında bıçaq çəkdi...”
 




-7 CÜMLƏDƏ 7 DƏRD-...
  
Allah uzaq eləsin: İran rejimi tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını cəzalandırmaq üçün yeni vasitə tapdı – onların ölkədə bank, dövlət, sığorta, məhkəmə və hətta təhsil xidmətlərindən istifadəyə, həmçinin mobil telefon nömrəsinə və SMS-lə göndərilən birdəfəlik kodlara bağlı olan SİM kartlarını bloklayır...
  
***                 ***
 
Bakıda ömrünü bazarda qəpik-quruş qazanaraq oğluna xərcləyən qoca ana sonda elə oğlunun da əlindən öldü — həyatın ən acı alveri də budur: ana ömrünü verdi, oğul isə qarşılığında bıçaq çəkdi...
 
***                ***
 
Taleyin ironiyası: 32 il öncə Azərbaycanı torpaqlarının bir hissəsini qeyri-müəyyən müddətə Ermənistanın nəzarətində qalmasına imza atmağa məcbur etdiyi Bişkekdə indi Rusiyanın özünün işğalçı, diktator lideri Vladimir Putin o boyda nəhəng imperiyasını Ukraynaya 5 illik təcavüzü fonunda iflasdan xilas etmək üçün başda Türkiyə, Çin, Hindistan olmaqla bir sıra dünya dövlət başçıları önündə dil-ağız edəcək...
 
***               ***
 
Tarixçilərə sual: Azərbaycanda feodalizm, yəni bəylər, xanlar, ağalar... dövründə hansı Konstitusiya və qanunlar işləyib?..
 
***               ***   
 
Tələsən tenderə düşər, yoxsa?..
 
***            ***
 
Nizami ilə 28 May arasında hələ 8 yüzillik məsafə var: başınıza çarə qılın...
 
***            *** 
 
İsmayıllıda daha bir neçə kənd məktəbi bağlandı: son 10 ildə məmləkətdə təxminən 100 kənd məktəbi bağlanıb və nəticədə uşaqlar çox zaman pay-piyada uzaq məktəblərə getməli olur — beləcə, təhsil islahatları fonunda optimallaşdırmanın ən optimist nəticəsi ortaya çıxır: məktəb azalır, yol artır...
 
Sultan Laçın