Dietoloqlar arıqlamaq istəyənlərə səhər yeməyində zülalla zəngin qidalara üstünlük verməyi məsləhət görürlər.


Moderator.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Missuri Universitetinin alimlərinin araşdırmasına görə, yüksək proteinli səhər yeməyi gün ərzində toxluq hissini artırır, yağlı və şirin qidalara, eləcə də axşam qəlyanaltılarına olan istəyi azaldır.






Araşdırmada artıq çəkisi olan gənc qadınlar iştirak edib. Bir qrupa yağsız mal əti, yumurta, süd və bitki mənşəli qidalardan ibarət yüksək proteinli səhər yeməyi, digər qrupa isə dənli bitkilərdən ibarət standart səhər yeməyi verilib.


Nəticələr yüksək proteinli səhər yeməyinin daha uzun müddət tox qalmağa və gün ərzində qidalanmanı nəzarətdə saxlamağa kömək etdiyini göstərib.


Dietoloqlar yumurta, süd məhsulları, yağsız ət və balığı yaxşı protein mənbələri hesab edirlər.


Qeyd edək ki, proteinli səhər yeməyinin arıqlama prosesini “iki dəfə sürətləndirməsi” barədə iddia araşdırma ilə birbaşa təsdiqlənmir.