Buçada ölənlərin sayı 37-yə yüksəlib, axtarışlar davam edir.
Moderator.az "Ukrainska Pravda"ya istinadla xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bu rəqəmin hələ də yekun sayı ifadə etmədiyini bildirib.
"Çünki xilasedicilər dağılan 50-yə yaxın yaşayış evinin qalıqları altında intensiv axtarış işlərini davam etdirirlər", - o əlavə edib.
Fəlakət zamanı 4-ü uşaq olmaqla, 42 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerindən ümumilikdə 381 sakin təxliyə edilib.
Xatırladaq ki, həlak olanlar arasında Dmitrovka icmasının rəhbəri Taras Didıç də var.
13:22
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb, 42 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
Onun sözlərinə görə, ölənlər arasında zərbədən sonra hadisə yerinə ilk gedənlərdən biri olan Dmitrovka icmasının rəhbəri Taras Didıç də var.
Hadisə yerində qəza-xilasetmə və yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi tədbirləri davam edir.
Yaralanan 42 nəfərin hamısına tibbi yardım göstərilib, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Fövqəladə hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, 50-yə yaxın yaşayış evi müxtəlif dərəcəli zərər görüb.