Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə rayonum Səfikürd kəndində qeydə alınıb.
 
İlkin məlumata görə, "Opel" markalı avtomobillə "KİA" markalı minik maşınları toqquşub.
 
Qəza zamanı 1963-cü il təvəlüdlü Afət Məmmədova və 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar.
 
Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma başlanıb.