Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.






Qəza zamanı "Opel" və VAZ-21099 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində rayon sakinləri - "Opel"-də olan sərnişin, 1963-cü il təvəllüdlü Afət Məmmədova və VAZ-21099 markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma başlanılıb.