Kiyevdə bir sutka ərzində altıncı dəfə hava həyəcanı elan edilib.
Moderator.az "TASS" agentliyinə istinadla xəbər verir ki, paytaxtla yanaşı Ukraynanın daha 8 vilayətində də hava hücumu təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq rejimi qüvvədədir.
Sakinlərə sığınacaqlara keçmək və təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunub.
(teleqraf)