"Liverpul" PSJ-nin vingeri Bredli Barkolyanın transferi ilə bağlı razılığa gəlib.


Moderator.az "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızılar" Fransa millisinin 23 yaşlı futbolçusu üçün 106+17 milyon funt sterlinq (125+20 milyon avro) ödəyəcəklər.






Barkolya yaxın 24 saat ərzində tibbi müayinədən keçəcək və beşillik müqavilə imzalayacaq.


"RMC Sport" da transferin 125+20 milyon avro qarşılığında başa çatacağını təsdiqləyib. Bildirilir ki, bonusların aktivləşdirilməsi asan olacaq.


Fransalı hücumçu PSJ-nin heyətində 152 matç keçirib, 39 qol vurub və 37 məhsuldar ötürmə edib. O, klubla birlikdə iki dəfə UEFA Çempionlar Liqasının və üç dəfə Fransa çempionatının qalibi olub.