Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.


Moderator.az xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib.






Qarşılaşma bölgə təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 0:1.


55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.


Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.


Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.


Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.