Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub.


Moderator.az xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.






"İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federal avtoyolunda sərnişin avtobusunun yük nəqliyyat vasitəsi ilə toqquşması baş verib", - məlumatda bildirilib.


Qurumun məlumatına görə, beş nəfər həlak olub, həmçinin xəsarət alanlar da var, onlara tibbi yardım göstərilir. Yol-nəqliyyat hadisəsi faktı üzrə prokurorluq yoxlama aparır.


Stavropol diyarının Dövlət Avtomobil Müfəttişliyindən dəqiqləşdiriblər ki, beşi uşaq olmaqla, 24 nəfər xəsarət alıb.