Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov öncə Gədəbəy rayon xəstəxanasına, daha sonra Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.