Putinin bütün hədəfləri tamamilə uğursuz oldu.


Moderator.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.






"Yadınızdadırsa, Putinin məqsədi Ukraynanı ruslaşdırmaq idi. Amma o, Avropaya çevrildi.


Rusiyanın məqsədi NATO-nun genişlənməsinin qarşısını almaq idi - Finlandiya və İsveç NATO-ya qoşuldu.


Rusiyanın məqsədi Avropanın müdafiə xərclərini aşağı səviyyədə saxlamaq idi. Biz 5%-lik xərclərə gedirik.


Ukraynanın yaşaması, çox güman ki, Ukraynanın bu müharibədə qalib gəlməsi demək olacaq”, - Stubb bildirib.