Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində azı 7 nəfər həyatını itirib, 237 nəfər isə xilas edilib.
 




Moderator.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
 
Hadisədən sonra ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Hazırda daha 23 nəfərin tapılması və xilas edilməsi istiqamətində işlər davam etdirilir.
 
Xilasedici qruplar dənizdə itkin düşən şəxslərin axtarışını davam etdirir.