ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri İranla uzunmüddətli hərbi əməliyyatların ABŞ ordusu üçün ciddi risklər yarada biləcəyi barədə müdafiə naziri Pit Heqsetə xəbərdarlıq ediblər.


Moderator.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.






Məlumata görə, avqustun 14-də ABŞ Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin rəhbərləri Heqsetə təqdim etdikləri hesabatda İran əməliyyatının uzun müddət davam etdirilməsinin hərbi hazırlığı zəiflədə və ABŞ-ın dünyanın digər bölgələrindəki təhdidlərə cavab imkanlarını məhdudlaşdıra biləcəyini bildiriblər.


Mənbələrə görə, bəzi yüksək rütbəli komandirlər əməliyyatın “çox böyük və çox uzanan” xarakter aldığını düşünürlər. İran əməliyyatını dəstəkləmək üçün ABŞ hərbi qüvvələrinin Avropa, Asiya və Latın Amerikasından yenidən yerləşdirilməsi digər missiyaların icrasını və təlimləri çətinləşdirib.


Xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrinin ciddi gərginlik altında olduğu bildirilir. Buna baxmayaraq, ABŞ ordusu müdafiə nazirinin yerləşdirmənin davam etdirilməsi ilə bağlı əmrinə tabe olmalıdır.


Hərbi rəhbərlik əməliyyatın davam etdirilməsi ilə bağlı ciddi risklərin mövcudluğunu vurğulasa da, ABŞ-ın İran siyasətinin bundan sonra necə davam edəcəyi açıqlanmayıb.