Videoda hərbçinin təyyarənin pəncərəsindən adadakı obyektlərdə baş verən çoxsaylı partlayışları izlədiyi görünür.
Bununla yanaşı, Xark adasına real zərbələrin endirildiyini təsdiqləyən başqa sübut yoxdur. Ağ Ev və ABŞ Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Xark adası İranın neft sənayesi və ixracı baxımından strateji əhəmiyyət daşıyır. Müharibədən əvvəl ölkənin neft ixracının təxminən 90 faizi bu ada vasitəsilə həyata keçirilirdi. Bundan əvvəl ABŞ qüvvələri İranın Larak adasındakı iki raket qurğusuna zərbə endirib. Bu, ABŞ-nin iyulun sonundan bəri İran ərazisinə ilk məlum hücumu olub.