Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı
31 Aug 2026, 09:00 5 baxış 1 dəq oxuma
Misli Premyer Liqasında III tura yekun vurulur.
Moderator.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə "Araz-Naxçıvan" "Sabah"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Sumqayıt" "Qarabağ"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 20:15-də start götürəcək.
31 avqust
Misli Premyer Liqası
III tur
18:00. "Araz-Naxçıvan" - "Sabah";
20:15. "Sumqayıt" - "Qarabağ".
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.