“Qarabağ” braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi açıqlama yayıb.
 
2025-ci ilin yayında “Qarabağ”a transfer olunan futbolçu bu müddətdə 43 oyunda meydana çıxıb və 1 qol vurub.
 
Klub Dani Bolta göstərdiyi peşəkarlığa və komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 


Xatırladaq ki, bu yay heyətində ciddi dəyişikliklərə gedən "Qarabağ" klubundan daha əvvəl Emmanuel Addai, Sami Mmaee, Ramil Şeydayev, Toral Bayramov, Kevin Medina, Leandro Andrade, Amin Ramazanov və Kamilo Duran kimi futbolçular da ayrılıb.