Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunda ağır yol qəzası baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında magistralın Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb.
 
“BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.
 
Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib.
 
Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.