Bişkekdə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - FOTO -YENİLƏNİB
31 Aug 2026, 13:07 4 baxış 1 dəq oxuma
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
12:47
Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Moderator.az xəbər verir ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gediblər.