Masallı rayonunda 56 yaşlı kişi ehtiyatsızlıqdan ölüb.
Moderator.az-ın məlumatına görə, avqustun 29-da rayonun Məmmədrzaküçə kəndində baş verib.
Kənd sakini, 1970-ci il təvəllüdlü Əşrəf Əşrəfov yaşadığı evin həyətindəki ağacları budayarkən qəfil qıcolma tutub. O, hadisə nəticəsində ağacdan yıxılıb. Ə.Əşrəfov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.