Kaxaber Sxadadze "Qəbələ"nin baş məşqçi postundan gedib.
 




Bu barədə Moderator.az-a klubun mətbuat xidmətindən bildirilib.
 
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun köməkçisi Georgi Çixradze ilə əməkdaşlığa da son qoyulub.
 
Qeyd edək ki, Kaxaber Sxadadze 2024-cü ilin fevralından "Qəbələ"ni çalışdırırdı.