Zaqatala rayonunda "Niva" avtomobili dəmir yolunda qəzaya uğrayıb.
 




Moderator.az-ın məlumatına görə, hadisə Yevlax-Balakən dəmiryol xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Belə ki, Zaqatala rayon sakini Ruslan Balayev "Niva" avtomobili ilə dəmir yolu xəttini keçmək istəyərkən teplovozla toqquşub. Nəticədə "Niva"nın sürücüsü xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.