Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Mollaməhərrəmli kəndi ərazidə qeydə alınıb.
Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev "Mercedes" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaclara çırpılıb.
Hadisə nəticəsində S.Quliyev ölüb.
Faktla bağlı araşdırma aparılır.