Zaqatalada baş verən qəzada yaralanan sürücü ölüb.
Moderator.az xəbər verir ki, bu gün teplavozla "Niva"nın toqquşması nəticəsində yaralanan minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Balayev Ruslan Məhdiməmməd oğlu xəstəxanada dünyasını dəyişib.
Araşdırma aparılır.
14:12
Zaqatala rayonunda "Niva" avtomobili dəmir yolunda qəzaya uğrayıb.
Moderator.az-ın məlumatına görə, hadisə Yevlax-Balakən dəmiryol xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala rayon sakini Ruslan Balayev "Niva" avtomobili ilə dəmir yolu xəttini keçmək istəyərkən teplovozla toqquşub. Nəticədə "Niva"nın sürücüsü xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.