Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.


Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.






Belə ki, yolun inşasında çalışan şirkətin əməkdaşları - topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər.


Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Hazırda hadisənin səbəbləri araşdırılır.