“Hazırda Bakıda deyiləm, sentyabr ayının 12-də Bakıda olacam. “Azərbaycanfilm” kinostudiyasının direktoru məni dəvət edib. Elə bu məqsədlə dəvət edib ki, müzakirələr aparaq ki, kinonu necə inkişaf etdirə bilərik? Hər şey gəlib pulda dirənir. Azərbaycan kinosunu yalnız maddiyat gücünə qaldırmaq olar. İş orasındadır ki, pul olmasa özümüzü də öldürsək heç nə alınmayacaq”.
Bunu Moderator.az-a açıqlamasında Xaıq artisti, kino aktrisası Leyla Şıxlinskaya deyib.
O daha sonra hər il ayrılan maddiyatın kinoya tam xərclənmədiyini iddia edib:
“Dövlət hər il kinoya müəyyən qədər pul ayırır. Yəqin ki, kimsə oğurlayır. Ona görə də pul kinoya çatmır. Hardasa itir” deyə o bildirib.
Leyla Şıxlinskaya Xalq artisti, görkəmli sənətkar Şəfiqə Məmmədovanın kino ittifaqda sədrliyə namizəd olması ilə bağlı mövqeyini də bildirib:
“Şəfiqə Məmmədova gözəl xanımdır, amma 82 yaşında necə işləyə bilər? Hara gedir işləməyə? Bağda otursun, çay içsin, istirahət etsin. Camaat 60 yaşından sonra özünə yer tapmır. Mənim Şəfiqə xanıma bir aktrisa kimi hörmətim var. Münasibətimiz də gözəldir. Bir dəfə sədr olmuşdu, nə dəyişdi?” deyə o bildirib.