Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
Məlumata görə 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.