Misli Premyer Liqasında III tura yekun vurulub.


Moderator.az xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.






Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:1.


45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.


"Qarabağ" 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu - 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb.


Günün ilk qarşılaşmasında "Sabah" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib - 0:1.


Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.