Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilir.
Moderator.az xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib.
Onlardan 434-ü xarici jurnalistdir. Xarici media nümayəndələri ümumilikdə 115 media qurumunu təmsil edirlər.
Sammiti izləmək üçün Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər.
Azərbaycan mediasının nümayəndələri də ŞƏT sammitini yerindən izləyirlər. Jurnalistlər sammit çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və qəbul edilən qərarlar barədə operativ məlumatlar təqdim edirlər.