Separatçı rejimin tör-töküntüləri Putinin Köçəryana təbrikindən ruhlanıb sabah tədbir keçirəcək...
01 Sep 2026, 09:49 2 baxış 2 dəq oxuma
2020-2023-cü illərdə Azərbaycan tərəfindən Qarabağ ərazisində tamamilə ləğv edilmiş separatçı-terrorçu rejimin Ermənistana qaça bilmiş və Kremlin diktəsi ilə oturub-duran tör-töküntüləri işğalçı Rusiya diktatotu Vladimir Putinin terrorçu eks-prezident Xocalı canisi Robert Köçəryana ünvanladığı doğum günü təbrikindən ruhlanıb sabah tədbir keçirməyi planlaşdırır.
Ermənistan mediasının yaydığı məlumata görə, separatçı rejimin nümayəndələri sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ respublikasının” elan edilməsinin 35-ci ildönümü ilə bağlı tədbirlər keçirəcəklər.
Moderator.az xəbər verir ki, NEWS.am-ın separatçı rejimin “İnformasiya qərargahı”na istinadən verdiyi xəbərə görə, sentyabrın 2-də “kimlik hüququnu yenidən təsdiqləmək” məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Məlumata əsasən, səhər saat 10:00-da İrəvandakı “Yerablur” hərbi panteonuna ziyarət təşkil olunacaq. Burada “artsaxın çağırışı” adlı memoriala gül dəstələri qoyulacaq.
Saat 16:00-da isə İrəvanda separatçı rejimin nümayəndəliyinin binasında “artsax respublikası"nın elan edilməsinin 35-ci ildönümünə” həsr olunmuş iclas keçiriləcək.
Xatırladaq ki, sentyabrın 2-si 1991-ci ildə Rusiya imperiyasının və onun İrəvandakı vassalı olan erməni hakimiyyətinin dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsində separatçı-terrorçu qurumun yaradılmasının elan edildiyi tarixdir. Azərbaycan həmin qurumu heç vaxt tanımayıb.
Separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Robert Köçəryanla bağlı son günlərdə Rusiya prezidenti Vladimir Putinin təbrik məktubunun yayılması da Ermənistan mediasında geniş müzakirə olunur. Rəsmi Moskvanın bu addımı fonunda separatçıların keçmiş qurumun ildönümünü qeyd etmək üçün tədbirlər planlaşdırması diqqət çəkir.