Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək həyatını itirib.
 




Moderator.az "Report"a istinadən xəbər verir ki, şəhərin Xəzər bağları massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
 
Kimyəvi məhluldan zəhərləndiyi ehtimal edilən S.İsrayılov daha sonra Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
 
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin səbəbləri ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.