Diqqət çəkən məqamlardan biri Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın davranışı olub. “ŞƏT+” formatında keçiriləcək sammit çərçivəsində foto-çəkiliş mərasimindən öncə Putin və Paşinyan bir-birini əl sıxaraq salamlayıblar.
Moderator.az xəbər verir ki, Bu görüntülər Ermənistan mediasında da yayılıb.
Bişkekdə keçirilən builki sammit ŞƏT-in yaradılmasının 25-ci ildönümünə həsr olunub. Sammit çərçivəsində təşkilata üzv dövlətlərin liderləri beynəlxalq və regional gündəmi, təhlükəsizlik məsələlərini, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsini müzakirə edirlər. Geniş tərkibdə keçirilən “ŞƏT+” görüşündə isə BMT-nin beynəlxalq münasibətlərdə mərkəzi rolunun gücləndirilməsi, beynəlxalq hüquq, dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Məlumata görə, sammitin yekununda Bişkek Bəyannaməsinin qəbul edilməsi və təşkilat çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 20-dən çox sənədin imzalanması planlaşdırılır.
Qeyd edək ki, Paşinyan avqustun 31-də ŞƏT sammitində iştirak etmək üçün Qırğızıstana gəlib. Putin də sammit və “ŞƏT+” görüşündə iştirak etmək məqsədilə avqustun 31-də Bişkekə səfər edib. Rusiya prezidentinin sammit çərçivəsində bu gün - sentyabrın 1-də günün ikinci yarısında Paşinyanla ayrıca görüşünün də keçirilməsi planlaşdırılıb.
S.Laçın