Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları Bişkekdə keçirilən sammitin yekununda 28 sənəd imzalayıblar.
Moderator.az xəbər verir ki, sənədlər arasında ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi, təşkilatın Antinarkotik Mərkəzinin İcra Komitəsi haqqında əsasnamə, Pakistanın Lahor şəhərinin 2026–2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı qərar da yer alıb.
Bundan başqa, liderlər nüvə və nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinə dair bəyannamə qəbul ediblər.
Sammit çərçivəsində ailə institutunun dəstəklənməsi və möhkəmləndirilməsi ilə bağlı bəyanat, eləcə də fövqəladə hallardan zərər çəkmiş ölkələrə yardım göstərilməsi barədə sənəd də imzalanıb.