Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və dörd ölkənin birinci xanımları Bişkek şəhərində unikal əl işlərindən ibarət sərgini ziyarət ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "Region TV" məlumat yayıb.
Qırğızıstanın birinci xanımı Aygül Japarova Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birgə sərgi eksponatlarını nəzərdən keçirərək onları qırğız mədəniyyəti və ənənələri ilə tanış edib.
Sərgidən sonra qonaqlar üçün uşaq yaradıcılıq kollektivlərinin ifasında musiqi nömrələrindən ibarət konsert proqramı təşkil olunub.
Qeyd edək ki, digər ölkələrdən olan nümayəndə heyətləri Qırğızıstana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və VI Dünya Köçəri Oyunları çərçivəsində səfər ediblər.