Lamin Yamal rekord qırıb.
Moderator.az xəbər verir ki, rekord La Liqanın ikinci turunda “Rayo Valyekano”ya qarşı keçirilən və “Barselona”nın 5:2 hesablı qələbəsi ilə başa çatan oyunda qeydə alınıb. Lamin Yamal iki qol vuraraq Kataloniya klubunun tarixində 50 qol həddinə çatan ən gənc futbolçu olub.
Xatırladaq ki, ispaniyalı hücumçunun 19 yaşı var. O, kataloniyalıların məşhur keçmiş hücumçusu Xosep Eskolanın 91 il ərzində qorunan rekordunu yeniləyib. Eskola 1935-ci ildə 20 yaşında “Barselona”nın heyətində 50 qol həddinə çatmışdı. O vaxtdan bəri bu göstəriciyə ən yaxın olan futbolçu argentinalı Lionel Messi olub. Lakin Messi 50-ci qolunu 21 yaşında vurub.
Yamal “Barselona” akademiyasının yetirməsidir və 2023-cü ilin aprelindən əsas komandada çıxış edir. O, artıq üç dəfə İspaniya çempionu olub, iki dəfə ölkə Superkubokunu və bir dəfə İspaniya Kubokunu qazanıb.
İspaniya millisinin heyətində isə Yamal AVRO-2024-ün və 2026-cı il dünya çempionatının qalibi olub.
Qeyd edək ki, “Barselona” La Liqada 3 turdan sonra 9 xalla turnir cədvəlinə başçılıq edir.