"Fənərbağça"da transfer pəncərəsinin son günündə daha üç futbolçu ilə yolların ayrılacağı açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə İstanbul klubunun İdarə Heyətinin üzvü Cihan Kamer məlumat verib.
Bildirilib ki, Dieqo Karlosdan sonra Anderson Taliska, Rodriqo Bekao və Çağlar Söyüncü ilə də əməkdaşlıqlara son qoyulacaq.
Kamerin sözlərinə görə, bu ayrılıqlardan sonra "Fənərbağça"nın heyət planlaması tamamlanacaq. Taliska ilə bağlı yekun ayrılığın da bu gün rəsmiləşməsi gözlənilir.