Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmer ölkə parlamentinin deputatı səlahiyyətlərindən imtina etmək qərarına gəlib.


Moderator.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.






Starmer İcmalar Palatasında Londonun Holborn və Sent-Pankras dairəsini təmsil edir. O, vəzifəsindən getdikdən sonra həmin dairədə əlavə seçkilərin keçirilməsi planlaşdırılır.


Leyboristlər Partiyasından namizədlərin seçim qrafikinin yaxın həftələrdə ictimaiyyətə açıqlanacağı gözlənilir. Starmerin sözlərinə görə, bu yay hökumət rəhbəri postunu tərk etdikdən sonra gələcək planlarını nəzərdən keçirib və artıq estafeti xələfinə ötürməyə hazırdır.


"Ölkənin ən yaxşı seçki dairəsini təmsil etmək və bu dairədən möhtəşəm deputat olmuş, həmçinin sonuncu leyborist hökumətinin üzvü Frenk Dobsondan estafeti təhvil almaq mənim üçün böyük şərəf və imtiyaz idi", - deyə Starmer vurğulayıb.


Parlament karyerasını bitirdikdən sonra o, diqqətini beynəlxalq gündəmə yönəltmək niyyətindədir. Starmer onu maraqlandıran sahələr sırasına müdafiə, təhlükəsizlik, ticarət və texnologiyaları aid edib.