Norveçin yeni kralı VIII Hokon ölkə parlamentində rəsmi şəkildə andiçmə mərasimində iştirak edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı NRK telekanalı yayımlayıb.
"Norveç Krallığını ölkənin konstitusiyasına və qanunlarına əsasən idarə edəcəyimə dair söz verir və and içirəm. Kraliça və mən xalqımız və dövlətimiz qarşısında vəzifəmizi icra etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik", - deyə telekanal monarxın nitqini təqdim edib.
Qeyd edək ki, 53 yaşlı VIII Hokon atası V Haraldın dünyasını dəyişməsindən sonra kral taxtına əyləşib.