Paşinyan Bişkek sammitində rusca çıxış etməyən yeganə MDB ölkə lideri oldu...
01 Sep 2026, 18:08 2 baxış 1 dəq oxuma
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən "ŞƏT+" sammitində rus dilindən başqa dildə danışan MDB üzvü dövlətlərin yeganə lideri olub.
Moderator.az xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.
Xüsusilə, Qırğızıstan, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistan liderləri rus dilində çıxışlar ediblər. Paşinyan isə tərcüməçi xidmətindən istifadə edərək erməni dilində çıxış edib.
Eyni zamanda, görüşdə ölkələri və beynəlxalq təşkilatları təmsil edən digər iştirakçılar ya öz milli dillərində, ya da ingilis dilində çıxış ediblər.