Moderator.az xəbər verir ki, tanınmış meyxanaçı Ələkbər Yasamallı oğlu Akifə kiçik toy edir.
Övladına çadır toyu çaldıran meyxanaçı ətrafı retro avtomobillərlə bəzətdirib.
Sənət yoldaşları, dostları onu bu xoş günündə tək buraxmayıblar. Toya Xalq artisti İlqar Muradov, müğənnilər Zakir Əliyev, Manaf Ağayev, Vüqar Əbdülov, Namiq Qaraçuxurlu və s. məşhurlar qatılıb. Sırf kişi toyu edən meyxanaçı toya qadın müğənniləri də dəvət edib.
Belə ki, Əməkdar artist Elza Seyidcahan da bacısı Rasimə ilə toya qatılanlar sırasındadır.
Moderator.az toydan özəl görüntüləri sizinlə bölüşür.