Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
Moderator.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Türkiyə yığması ilə qarşılaşıb.
İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).
Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.