Amerika ordusu İranın cənub sahillərində bir neçə mülki obyekt də daxil olmaqla, çoxsaylı nöqtələri bombardman edib, hazırda isə İslam Respublikası ABŞ-nin bölgədəki hərbi bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edir.
Moderator.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Telegram" kanalında məlumat yayıb.
"ABŞ-nin hücumları Hörmüz boğazının kilidini daha da möhkəmləndirir", - bəyanatda qeyd olunub.
Bildirilib ki, aerokosmik müdafiə sistemi vasitəsilə ABŞ-nin MQ9 PUA-sı vurulub.