İsrailin Baş naziri Benyamin Netanyahu İsrail hərbçilərinin Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik aparatının rəhbərini ələ keçirə bildiklərini təsdiqləyib.
Moderator.az bu barədə İsrail hökumət başçısının dəftərxanasına istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, adı açıqlanmayan saxlanılan şəxs HƏMAS-ın ən yüksəkrütbəli liderlərindən biridir və fələstinli radikalların 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı qaçırılan girovların Qəzzada saxlanılmasında və anklav ərazisində daşınmasında iştirak edib.
Netanyahu iddia edib ki, saxlanılan şəxs son zamanlar HƏMAS-ın Qəzzadakı hakimiyyətini bərpa etmək cəhdlərində iştirak edib və zolağın silahsızlaşdırılması haqqında razılaşmaların icrasına mane olub.
Qeyd olunub ki, Qəzzada əməliyyatı İsrail Ümumi Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları həyata keçiriblər, onlara havadan dəstəyi isə İsrail Hərbi Hava Qüvvələri təmin edib. Saxlanılan şəxs İsrail ərazisinə gətirilib və dindirilmək üçün təhlükəsizlik orqanlarına təhvil verilib.