“Poladın evlilik xəbərini eşidən kimi güldüm. İndi də məni gülmək tutur (gülür). Yazını oxuyan kimi öz-özümə sual verdim ki, Polad “nöş” evlənir?! Yekə kişisən, neçə yaşın var.. Yoldaş rəhmətə gedəndə evlənmək normaldır. Belədə ki, mənim nə işimə qalıb ki? Evlənmək istəyir evlənsin də. Onu ümumiyyətlə həyatda görmürəm. Təkcə televizorda izləyirəm”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib.

O daha sonra əlavə edib:
 
“Biz Poladla bir yaşdayıq. Onun da 81 yaşı var, mənim də. Amma mən bu yaşda heç vaxt evlənmərəm. Çünki o vaxtı olan məhəbbət indi yoxdur. Mənə də evlilik təklifləri gəlib. Onlar bilirlər ki, mən məşhur adamam, evimə, puluma, şöhrətimə görə mənimlə ailə həyatı qurmaq istəyirlər.  “Lijbi” əri məşhur olsun. Bir dəfə canlı efirdə də mənə evliliklə bağlı sual verdilər. Mən də sərt cavab verdim”.

Cavan Zeynallı daha sonra Polad Bülbüloğlu ilə bağlı bir xatirəsini bizimlə bölüşüb:
 
“Müslüm Maqomayevin divarı Polad Bülbüloğlunun evinə bitişik idi. Müslüm xarici bir əsər oxumaq istəyirdi. Məndən xahiş etdi ki, onu müşayiət edim. Razılaşdım. Mən başladım pianinoda çalmağa, Müslüm da başladı oxumağa. Bir də gördük ki, kimsə divarı döyür. Sən demə səs gedib Poladın evinə.. Müslüm dedi ki, “bu mahnını o oxumaq istəyirdi, eşidib deyə bizə gəlmək istəyirdi”. Qapı açıldı, Polad içəri girdi. Mənə dedi ki, “caz heç kimə maraqlı deyil, onu pəncərədən aşağı tulla”. Mən də getdim balkona ki, guya nəyisə pəncərədən tullayıram. Bu hərəkətimə Müslüm o ki var ürəkdən güldü”.