Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
 




Moderator.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4.72 ABŞ dolları və ya 5.08% artaraq bir barel üçün 97.61 ABŞ dollarına çatıb.
 
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.