Nadir və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısı genişləndirilib.
 




Moderator.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.
 
Qərara əsasən, siyahıya daha üç dərman vasitəsi daxil edilib:
 
Kuvan (Kuvan) - beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, marketinq və dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi: Biomarin;
 
Diterin (Sapropterin Difarma) - beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, vəsiqənin sahibi: Dipharma;
 
Steksli (Ctexli) - beynəlxalq patentləşdirilmiş adı: Chenodiol (chenodeoxycholic acid), vəsiqənin sahibi: Mirum Pharmaceuticals.
 
Beləliklə, nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına yeni preparatlar əlavə olunub.