Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Yaşar Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.
 
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.