Voleybolçumuz Polina Rəhimova milli karyerasını başa vurub.
 




Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, hücumçu yığmadakı son oyununu ötən gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib.
 
Federasiya idmançımıza ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edib.